Çimərlik Futbolu üzrə Azərbaycan milli komandasının “Anoc World Beach Games”in Avropa zonası üzrə seçmə mərhələsində keçirəcəyi oyunların tarixi və başlama saatları məlum olub.

Offsideplus.az xəbər verir ki, 27 avqust 5 sentyabr tarixlərində İtaliyanın Katanya şəhərində keçiriləcək oyunlarda millimiz C qrupunda Ukrayna və İsveçrə komandaları ilə mübarizə aparacaq.

Yığma komanda avqustun 29-da İsveçrə, 30-da isə Ukrayna seçmələri ilə qarşılaşacaq. Hər iki oyun Bakı vaxtı ilə saat 15:30-da başlayacaq.