Çimərlik Futbolu üzrə Azərbaycan milli komandasının “Anoc World Beach Games”in Avropa zonası üzrə seçmə mərhələsində qarşılaşacağı rəqiblər məlum olub.

Offsideplus.az xəbər verir ki, 27 avqust 5 sentyabr tarixlərində İtaliyanın Katanya şəhərində keçiriləcək oyunlarda millimiz C qrupunda Ukrayna və İsveçrə komandaları ilə mübarizə aparacaq.

Oyunların dəqiq tarixləri hələ məlum deyil.