Çimərlik futbolu üzrə Azərbaycan milli komandası növbəti yoldaşlıq oyununu keçirib.

Offsideplus.az xəbər verir ki, Bakı “Su İdman Sarayı”nın ərazisindəki çimərlik futbolu meydançasında Səudiyyə Ərəbistanı yığması ilə qarşılaşan millimiz bu dəfə 4:2 hesabı ilə qələbə qazanıb.

İsa Zeynallının dubl etdiyi oyunda millimizin digər qollarını Bayram Paşazadə və Emin Mehtiyev vurub.