18 yaşadək basketbolçulardan ibarət Azərbaycan millisi San Marinoda gənclər arasında təşkil olunan Avropa çempionatında növbəti oyununu keçirib.
Offsideplus.az xəbər verir ki, C divizionundakı B qrupunda yer alan yığma komandamız sonuncu görüşündə Moldova ilə üz-üzə gəlib və 75:66 hesabı ilə qələbə qazanıb. Qrupda keçirdiyi 4 oyunun hamısında qalib gələn millimiz yarımfinala vəsiqə qazanıb.
Milli komandanın yarımfinaldakı rəqibi A qrupunda baş tutacaq Albaniya - Andorra matçının qalibi olacaq. İyulun 30-da keçiriləcək yarımfinal görüşü Bakı vaxtı ilə saat 21:15-də start götürəcək.
Qeyd edək ki, komandamız bundan əvvəl "Lüksemburq"a 75:71, Cəbəllütariqə 115:60, Ermənistana 76:65 hesabı ilə qalib gəlib.