Estoniyanın paytaxtı Tallində atıcılıq üzrə Avropa kubokunun növbəti – 3-cü təsnifat mərhələsi keçirilib.

Offsideplus.az xəbər verir ki, Azərbaycan idmançısız Ruslan Lunyov bu turnirdə uğurlu çıxışı ilə diqqət mərkəzinə düşüb. 

O, bu təsnifatda 1 qızıl və 2 gümüş medal qazanıb. Bu qələbələr Lunyova ilin sonunda Portuqaliyanın Lissabon şəhərində keçiriləcək Avropa kubokunun final mərhələsində iştirak hüququ qazandırıb.