Beynəlxalq Atıcılıq Federasiyasının (ISSF) Türkiyənin Konya şəhərində keçirilən qran-pri yarışında Azərbaycan komandası ilk uğurunu qazanıb.

Offsideplus.az xəbər verir ki, stend atıcılığının səngər növü üzrə qarışıq komanda yarışında Əli Hüseynli və Alina Rəfixanova bürünc medala sahib olub.

Qeyd edək ki, Konya-2022 qran-prisi iyunun 13-də başlayıb. Azərbaycanı yarışda 14 idmançı təmsil edir.