Bakıda atıcılıq üzrə Dünya Kuboku davam edir. 50 metr məsafəyə tüfəngdən atəş növü üzrə qadınların komanda yarışında Norveç kollektivi fəxri kürsünün birinci pilləsinə qalxıb.
Offsideplus.az xəbər verir ki, gümüş medalı Qazaxıstan, bürünc medalı isə Polşa təmsilçiləri əldə ediblər. Eyni növdə kişilərin komanda yarışında isə qızıl medalı qazanan xorvatiya atıcıları olub.
Xatırladaq ki, mayın 28-də start götürən yarış iyunun 7-dək davam edəcək.