Mərhum mütəxəssis, Əməkdar məşqçi Baba Mustafayevin xatirəsinə həsr olunmuş futbol turniri baş tutub.
Offsideplus.az xəbər verir ki, yarış AFFA-nın dəstəyi və Şimal Qərb Futbol Federasiyasının təşkılatçılığı ilə keçirilib.
Finalda “Uğur Mingəçevir”ə qalib gələn “UGİM Mingəçevir” komandası, eyni zamanda turnirin ən yaxşı oyunçusu, qapıçısı və ən məhsuldar futbolçuları da mükafatlandırılıb.
Qeyd edək ki, mərhum məşqçi Baba Xanlar oğlu Mustafayev ömrünün böyük hissəsini yeniyetmə futbolçuların yetişməsinə həsr edib.