Azərbaycanın boççia idman növü üzrə qadın paralimpiyaçısı Sona Ağayeva (BC-2) Xorvatiyanın Zaqreb şəhərində keçirilən “Intercontinental Challenger” çempionatında final görüşünə çıxıb.

Offsideplus.az xəbər verir ki, idmançı həlledici qarşılaşmada portuqaliyalı Ana Korreya ilə üz-üzə gəlib. Rəqibini məğlub edən idmançı fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Bununla da, Azərbaycan paralimpiyaçıları lisenziya turnirini 3 medalla başa vurublar. Daha əvvəl Bəhruz Mirzəyev (BC-4) birinci, Orxan Kərimov (BC-2) isə ikinci yeri tutub.