“Kişilər Liqası” sosial şəbəkədə populyar olan və kifayət qədər ciddi kütləsi olan “Kişilər Klubunun” təşəbbüsüdür.

Offsideplus.az xəbər verir ki, klub, bir vaxtlar qarşılıqlı faydalı olmaq məqsədilə qurulmuş, daha sonra istər pandemiya dövründə, istərsə də “Vətən müharibəsi” dövründə birlik göstərərək, xalq və millət üçün böyük işlər görmüşdür. Qısa müddət ərzində ölkənin qabaqcıl, intellektual, gənc, orta və yaşlı nəslin kişilərini bir araya yığa bilmis və sayını qısa zaman içində artıraraq 80 mindən çox üzvə çatmışdır. Bu çempionatın məqsədi isə daim virtual aləmdə birlikdə olan klub üzvlərinin canlı olaraq bir biri ilə tanış olması və sosial olaraq aktivliklərini artırmaq üçün nəzərdə tutulan təşəbbüslərdən biridir.

Qeyd edək ki, hal hazırda Kişilər Liqası 2-ci mövsümünü - "Zəfər" mövsümünü keçirir. Çempionat Azərbaycan ordusunun qazandığı şanlı zəfərin il dönümünə həsr edilmişdir. Çempionat ümumilikdə Dünya çempionatı formatında keçirilir. Hər birində 4 komanda olmaqla 4 qrup, iştirak edir. Qrup mərhələsini keçən hər qrupdan 2 komanda növbəti mərhələyə keçir. Qalib komandalar isə müvafiq olaraq yarım final və finala vəsiqə qazanır.

Qalib komandaların mükafatları asağıdakı kimidir:
1-ci yer - 1500 Azn
2-ci yer - 1000 Azn
3-cü yer - 500 Azn

Çempionatın maraqlı keçməsi üçün həftəlik foto və video çəkilişlər, həftəlik fərqlənən oyunçulara sponsorlar tərəfindən müxtəlif hədiyyələrin təqdim edilməsi, oyunlar zamanı oyunçulara və azarkeşlərə su, çay və enerji içkilərinin verilməsi, “Kişilər Liqası” facebook səhifəsində oyunçular üçün hazırlanmış bot vasitəsilə həftəlik yarışma və qaliblərin mükafatlandırılması və digər fəaliyyətlər həyata keçirilir. 

Qeyd edək ki, hal hazırda çempionatın qrup mərhələsi və ¼ finalı geridə qalıb. 28 Noyabrda yarım final, 5 Dekabrda isə final oyunu baş tutacaq.

{gallery preview_height=400}2021-11-24/kis-1/{/gallery}