İdmançılarımız Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarını 60 medalla başa vurub.

Offsideplus.az xəbər verir ki, medallardan 15-i qızıl, 16-sı gümüş, 29-u bürünc əyarlı olub.

Bununla da, Azərbaycan medal əyarında 4-cü, ümumi sayda isə 5-ci yeri tutub.

Qeyd edək ki, I MDB Oyunlarında 9 ölkə mübarizə aparıb.