Almaniyanın “Bavariya” klubunun müdafiəçisi David Alaba Avstriyada 2020-ci ilin ən yaxşı futbolçusu adına  layiq görülüb.

Offsideplus.az xəbər verir ki, 28 yaşlı oyunçu hamıdan çox səs toplayaraq 7-ci dəfə ölkəsinin ən yaxşısı seçilib. Ulduz futbolçu səsvermə zamanı Marsel Sabitzer (“Leypsiq”) və Dominik Soboslayı (“Zalsburq”) qabaqlayıb.

Qeyd edək ki, o, 2011-2016-cı illər aralığında 6 dəfə mükafata sahib çıxıb.