Azərbaycan Milli Olimpiya Komitəsi (MOK) maskot müsabiqəsi elan edib.

Offsideplus.az xəbər verir ki, ölkəni tədbirlərdə təmsil edəcək maskot xalqla birlikdə müəyyənləşdiriləcək.

İdeyasına, bacarığına güvənən hər kəs kağızda və ya kompüter proqramlarının köməyi ilə hazırladığı işləri oktyabrın 1-dək mövzuda "Maskot" qeyd etməklə MOK-un e-mail ünvanına (Marketing@noc-aze.org) göndərə bilər.

Personaj ideyası seçimində sərhəd yoxdur. Maskot əyləncəli olmaqla yanaşı, olimpiya detallarını özündə birləşdirməlidir. İştirakçılar təkliflərini personajın (ideyanı anlatmaq) qısa tanıtımı ilə bir yerdə göndərməlidirlər.

Müsabiqənin qalibi MOK-da təşkil olunacaq münsiflər heyətinin rəyi əsasında müəyyənləşəcək. Qalib işin müəllifi xüsusi medalla təltif ediləcək.

Qeyd edək ki, seçilmiş talisman rəsmən MOK-un mülkiyyətinə keçəcək.

 

668180f9 12cf 32d7 aaef 060f82ef0cab