"Bəhram Bağırzadənin ümumi sağlamlıq vəziyyəti stabil, kritik ağır olaraq qalır”.
Offsideplus.az xəbər verir ki, bu sözləri Mərkəzi Gömrük Hospitalının rəis müavini Bəxtiyar Musayev ATV kanalında yayımlanan "ATV xəbər” proqramına verdiyi müsahibəsində deyib. B.Musayev Əməkdar artistin sağlamlığında cüzi irəliləyişin olduğunu bildirib:
"Müəyyən laborator rentgenoloji göstəricilərdə cüzi yaxşılaşma qeyd edilir. Lakin Bəhramın vəziyyəti hələ də ağırdır”.
Qeyd edək ki, Azərbaycanın Əməkdar artisti Bəhram Bağırzadə koronavirusa yoluxub.