Sərbəst güləş üzrə Azərbaycan yığmasının üzvü Sultan Nəsrullayev ağır yol-nəqliyyat qəzasında həyatını itirib.

Offsideplus.az xəbər verir ki,  qəza yanvarın 25-də Moskva-Həştərxan magistralının 607-ci kilometrliyində Voronej vilayətinin Qribanovskiy rayonunda olub. Əslən dağıstanlı olan idmançının yaxınları "Midag.ru"ya məlumatı təsdiqləyiblər.
Hadisə zamanı avtomobildə olanların hamısı - S.Nəsrullayev və digər üç nəfər də həyatını itirib. 
Qeyd edək ki, S.Nəsrullayev 54 kq çəki dərəcəsində çıxış edib. O  2011-ci il avqustun 25-də Macarıstanın Szombatxel şəhərində yeniyetmə güləşçilərin dünya çempionatının qalibi olmuşdu.