"Əl-Nəsr"in və Portuqaliya millisinin hücumçusu Kristiano Ronaldo keçmiş komandası "Mançester Yunayted" barədə fikirlərini bölüşüb.

Offsideplus.az xəbər verir ki, ulduz futbolçu klubun yenidən qurulmasının vacibliyini vurğulayıb:

"Baş məşqçi deyir ki, komanda çempionluq qazana bilməz. Ancaq "Mançester Yunayted" kimi bir klubun çalışdırıcısı bunu deməməlidir. O, belə düşünə bilər, amma komanda mübarizə aparmalı və cəhd etməlidir. Məncə, "Mançester Yunayted" hər şeyi yenidən qurmalıdır. Baş məşqçi özünə inanmalıdır."