"Qarabağ"ın Avropa Liqasındakı rəqibi FKSB yeni hücumçu ilə güclənib.

Offsideplus.az xəbər verir ki, Rumıniya təmsilçisi 24 yaşlı Daniel Birliqeanı heyətinə cəlb edib. Bu barədə klub prezidenti Cici Bekali məlumat verib. Futbolçu ilə 5 illik müqavilə imzalanıb. Oyunçunun keçidi üçün ÇFR-ə 15 milyon avro ödənib.

Qeyd edək ki, FKSB Avropa Liqasının liqa mərhələsinin VII turunda yanvarın 23-ü "Qarabağ"ın qonağı olacaq.