Braziliyanın "San Paulo" klubunun yarımmüdafiəçisi Xames Rodriqes karyerasını "Portu"da davam etdirə bilər.
Offsideplus.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər şifahi razılıq əldə ediblər.
Qeyd olunur ki, kolumbiyalının Braziliya klubu ilə müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam veriləcək.
2022-ci ildən sözügedən komandada forma geyinən futbolçunun 2025-ci ilin yayına qədər müqaviləsi var.
O, geridə qalan mövsümdə 22 oyunda 2 qol və 4 məhsuldar ötürmə edib.