Braziliya millisi baş məşqçisi Dorival Juniorla yoluna davam edəcək.

Offsideplus.az xəbər verir ki, bu barədə ölkənin futbol federasiyası məlumat yayıb.

Qeyd olunub ki, mütəxəssis harda çatışmazlıqların olduğunu bilir və onunla əməkdaşlığa son qoyulmayacaq.

Xatırladaq ki, Braziliya Amerka Kubokunun 1/4 final mərhələsində Uruqvaya uduzub (0:0, pen. 2:4).