"Santos"un futbolçusu Eduardo Qabriel danışılmış oyunlarda iştirakına görə 12 oyunluq cəzalanıb.
Offsideplus.az xəbər verir ki, bu barədə "UOL Esporte" məlumat yayıb. Mənbəyə görə, müdafiəçi Braziliya çempionatında keçirilən oyunların birində bilə-bilə xəbərdarlıq almaqda və penalti etməkdə ittiham olunur.
O, bu səbəbdən 12 oyunluq cəza alıb və klubu ilə qarşılıqlı razılıq əsasında müqaviləni ləğv etməyə razılaşıb, futbolçu maaşının bir hissəsini alamağa razı olub.
Bundan öncə isə əvvəl Qabriel klubdan və azarkeşlərdən üzr istədiyi, lakin özünü təqsirli bilmədiyi video yayımlayıb.
Fəqan İbrahimli