Bu gün AFFA İntizam Komitəsi "Səbail"in U-17 komandasının rəsmisi Mirbağır İsayevi "Keşlə" ilə matçda hakim-inespektoru Anar Salmanovu təhqir etdiyi üçün 10 matçlıq stadiona girişinə qadağa qoyub.
Məsələ ilə bağlı 48 yaşlı mütəxəssisin özü ilə əlaqə saxladıq.
İsayev Offsideplus.az-a açıqlamasında bunları dedi: "Bəli, o Anar Salmanovu təhqir etmişəm ki, bir neçə il öncə futboldan uzaqlaşdırılmışdı. Özünü cavanların yanında elə aparır ki, sanki hakimlikdən kənarlaşdırılan adam deyil. Heç kim onu tanımasa da, mən ona yaxşı bələdəm. Dediyim sözlərə görə peşman deyiləm".
Cavid Əliyev