Misli Premyer Liqasında cərimə meydançasından qapıya ən çox zərbə vuran klubların adına aydınlıq gəlib.
Offsideplus.az xəbər verir ki, bu barədə Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES) araşdırma aparıb.
"Qarabağ" ilk pillədə qərarlaşıb. Ağdam təmsilçisinin oyunçuları hər matçda ortalama 6,67 dəfə cərimə meydançasından zərbə endiriblər.
İkinci sırada "Sabah" (6 zərbə) yer alıb. İlk "üçlüy"ü "Turan Tovuz" (4,38 zərbə) qapayır.
Növbəti mövqelərdə "Neftçi" (4,31 zərbə), "Araz-Naxçıvan" (3,83 zərbə), "Şamaxı" (3,75 zərbə), "Sumqayıt" (3,67 zərbə), "Zirə" (3,54 zərbə), "Kəpəz" (2,46 zərbə), "Səbail" (2,08 zərbə) qərarlaşıb.