Türkiyə millisində ciddi itki baş verib.

Offsideplus.az xəbər verir ki, "ay-ulduzlu" formada debüt edəcəyi gözlənilən Deniz Gül yığmadan çıxarılıb. Bu barədə TFF açıqlama verib.

Denizin heyətdən kənarlaşdırılmasına səbəb məşq zamanı zədələnməsi olub. Onun yerinə milliyə "Xetafe"də çıxış edən Bertuğ Yıldırım dəvət edilib.

Qeyd edək ki, Türkiyə yığması UEFA Millətlər Liqasında noyabrın 16-sı Uels, 3 gün sonra isə Monteneqro ilə qarşılaşacaq.