Dünyanın ən yaşlı futbolçusunun - yaponiyalı Kadzuyosi Miuranın yeni klubu bəlli olub.

Offsideplus.az xəbər verir ki, bu barədə "J-League" məlumat yayıb.

Mənbəyə görə, 57 yaşlı forvard cari mövsümdən ölkəsinin "Atletiko Sudzuka" klubunun şərəfini qoruyacaq. 

O, 1990-2000-ci illər aralığında ölkəsinin yığmasında oynamaq şansı əldə edib.