Juninyonun "Flamenqo"da debüt etməsi barədə xəbər vermişdik.
Braziliyalı hücumçu "Volta Redonda" komandasına qarşı oyunda (2:0) sonradan meydana daxil olub, rəqibdən topu oğurladığı, rəqib qapıçı ilə üzbəüz qaldığı epizodlar olsa da, fərqlənə bilməyib.
Offsideplus.az braziliyalıların Juninyo barədə sosial şəbəkələrdə səsləndirdiyi fikirləri təqdim edir:
"Qapıçı çox yaxında idi, elə qolu vura bilməməsi normaldır. Lakin çox cəld və istəklidir"
"Debüt üçün yaxşı oynadı, komandaya uyğunlaşmaq üçün çox az vaxtı vardı. Lakin bu, problem olmayacaq, çünki Felipe Luisin bildiyi var!"
"Debüt oyununda qol olmalı idi, çox yaxşı qol şansı yaranmışdı".
"J23, P9-la birlikdə bombardir olacaq".
"Bu, artıq yazılıb, ilk qol "Marakana" stadionunda olacaq".
"Yaxşı hərəkət edir, məncə debüt həyəcanı ona çətinlik yaradırdı".
"O, cəlddir və həvəsli olduğunu göstərir. Son toxunuşu düzgün yerinə yetirə bilsə, əla bitirici olacaq".
"İlk dəqiqələrdə yaxşı oynadı. Topu oğurladı və uzun müddət özündə saxladı".
"Rəqib azarkeşlərin tənqidini başa düşürm, amma "Flamenqo" azarkeşləri dəlidir".
"Juninyo bu mövsüm çox qol vuracaq, başqa yolu yoxdur".