18 yaşa qədər futbolçulardan ibarət yığma komandamızın keçmiş üzvü David Qarayev karyerasını Qazaxıstanda davam etdirəcək.

Offsideplus.az xəbər verir ki, 25 yaşlı forvard "Kaspi" klubuna keçib.

Qeyd edək ki, "Spartak"(Moskva) klubunun yetirməsi olan David Qarayev 2013-cü ildə 18 yaşadək futbolçulardan ibarət Azərbaycan millisində çıxış edib və 5 oyunda meydana çıxıb.