Səkkizqat Olimpiya çempionu, “uçan adam” ləqəbli sprinter Useyn Bolt xeyriyyə futbol matçında iştirak edəcək.

Offsideplus.az xəbər verir ki, oyun iyunun 10-da Mançester şəhərindəki “Old Trafford” stadionunda keçiriləcək.

Matçda məşhurlardan və veteran futbolçulardan ibarət iki komanda mübarizə aparacaq. Oyundan yığılan gəlir UNICEF-in hesabına köçürüləcək.

Oyunun təşkilatçısı məşhur müğənni Robbi Uilyams və televiziya aparıcısı Conatan Uilksdir.

Qeyd edək ki, 31 yaşlı Bolt peşəkar futbol karyerasına başladığını açıqlamışdı.