Çempionlar Liqasının Liqa mərhələsinin V turunda keçiriləcək "Napoli" - "Qarabağ" matçı üçün təmsilçimizin azarkeşlərinə ayrılan yerlərin sayı açıqlanıb.
Offsideplus.az xəbər verir ki, biletlərin bu gün satışa çıxarılacağı da bildirilib. "Dieqo Armando Maradona" stadionunda Ağdam klubunun azarkeşləri üçün 2480 yer ayrılıb.
Bu barədə "Qarabağ"ın mətbuat xidməti məlumat yayıb.
Vauçerlər "iTicket.az" saytında onlayn şəkildə bu gün saat 15:00-dan etibarən satışa çıxarılacaq. Azarkeşlər ayrılmış sektorlara "Gate 26" vasitəsilə daxil olacaq.
Qeyd edək ki, "Napoli" - "Qarabağ" oyunu noyabrın 25-də, Bakı vaxtı ilə 00:00-da start götürəcək.



