"Yuventus"un gənc futbolçusu Kenan Yıldız Çempionlar Liqasında “Real Madrid”lə keçiriləcək qarşılaşma öncəsi fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, gənc hücumçu "Bernabeu"da çıxış etməyin onun üçün xüsusi anlam daşıdığını bildirib:
“Bernabeuda oynamaq həyəcanvericidir. Bəli, bu əladır. Hər bir uşaq bu stadionda oynamağı xəyal edir. Düşünürəm ki, bu stadion dünyanın ən gözəl stadionlarından biridir və indi orada oynamaq mənim üçün bir arzusunun gerçəyə çevrilməsi kimidir.”
Kenan, həmçinin, “Real Madrid”lə qarşılaşmanın əhəmiyyətinə toxunub:
“Belə bir klubla Çempionlar Liqasında üz-üzə gəlmək sadəcə inanılmazdır. Ümid edirəm hər şey yaxşı gedər və əla oyun göstərərik.”



