UEFA və Super Liqa birləşir: Yeni turnir yaradılır.
Offsideplus.az xəbər verir ki, UEFA və Avropa Super Liqası arasında birgə turnir yaradılması ilə bağlı danışıqlar aparılır. Yeni yarışma “UEFA Çempionlar Liqası” adını qoruyacaq və 36 klubdan ibarət olacaq.
Lakin sistemdə ciddi dəyişikliklər nəzərdə tutulur:
36 komanda iki kateqoriyaya bölünəcək – ilk 18 UEFA reytinqində ən yüksək pillədə olan klublar, digər 18 isə aşağı sıradakı komandalar olacaq;
Yuxarı 18 yalnız öz aralarında, aşağı 18 də öz aralarında qarşılaşacaq;
Yayım hüquqları televiziyalara satılmayacaq – turnir "Netflix"ə bənzər yeni platforma vasitəsilə birbaşa azarkeşlərə yayımlanacaq;
Platforma pulsuz və ya çox ucuz qiymətə təqdim edilə bilər;
Yeni sistemin 2027-ci ildən qüvvəyə minməsi planlaşdırılır.
Bu qərar təsdiqlənərsə, Avropa futbolunda son illərin ən böyük dəyişikliklərindən biri baş verəcək.



