Cari mövsüm Çempionlar Liqasının əsas mərhələsində ardıcıl 2 qələbə qazanan "Qarabağ" Avropa klublarına meydan oxumağa davam edir. 

Offsideplus.az xəbər verir ki, 2025-26 mövsümündə ÇL-nin liqa mərhələsində 2 qələbə qazanan cəmi 6 komanda var. Ağdam təmsilçisi də "Bavariya", "Real Madrid", PSJ, "İnter" və "Arsenal"la birlikdə 2/2 edən komandalardan biridir. Diqqət çəkən məqam budur ki, "Qarabağ" sözügedən klublar arasında ən az heyət dəyərinə malik kollektivdir.

ÇL-də ilk "6-lıq"da qərarlaşan komandaların heyət dəyərini təqdim edirik:

1. "Bavariya" - 906 milyon avro

2. "Real Madrid" - 1,4 milyard avro 

3. PSJ - 1,07 milyard avro

4. "İnter" - 797 milyon avro

5. "Arsenal" - 1,33 milyard avro

6. "Qarabağ" - 24 milyon avro