UEFA Çempionlar Liqasında Liqa mərhələsinin 2-ci turu oynanılır.

Offsideplus.az xəbər verir ki, bu oyunlar çərçivəsində "Kayrat" doğma meydanda "Real Madrid"i qəbul edib. 

Oyunda qonaqlar 5:0 hesabla qalib gəldilər. Qolların 3-nü Kilian Mbappe vurub. Onun ikinci qoluna assisti isə Tibo Kurtua verib. Bu assist əla alınıb. 4-cü qolu Eduardo Kamavinqa, son qolu isə Brahim Diaz vurub.