Çempionlar Liqasının əsas mərhələsinin II turu üzrə "Qarabağ" sabah "Kopenhagen"lə üz-üzə gələcək.

Offsideplus.az xəbər verir ki, oyundan öncə keçirilən mətbuat konfransında Leandro Andrade jurnalistlərin önünə çıxıb: 

"Bu mərhələdə oynadığımızı fərq edirəm. Ümid edirəm ki, sabah yenə Azərbaycana sevinc bəxş edəcəyik. Sabahı səbirsizliklə gözləyirəm ki, insanlara sevinc bəxş edək".

Qeyd edək ki, "Qarabağ" - "Kopenhagen" oyunu 1 oktyabr saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.