"Sevindirici haldır ki, böyük futbolun Bakıda ilk oyunu keçiriləcək".

Offsideplus.az xəbər verir ki, bu sözləri "Kopenhagen"ə qarşı Çempionlar Liqası oyunundan öncə "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov söyləyib. O, mətbuat konfransında bu sözləri deyib:

"Qonaqlarımızı salamlayıram. Çox sevincliyik, həm də məsuliyyətliyik. Azərbaycanın hər bölgəsində bu oyuna böyük maraq var. Bacardığmız qədər bu oyuna hazırlaşdıq. Düzdür, vaxtımız çox olmadı. Amma inanıram ki, furbolçularım ən yaxşısını edəcək".

Qeyd edək ki, "Qarabağ" - "Kopenhagen" oyunu 1 oktyabr saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.