"Qarabağ" UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turu üzrə "Kopenhagen"ə qarşı oyuna biletləri satışa çıxarıb.
Offsideplus.az xəbər verir ki, "Ferentsvaroş"a qarşı son ev oyununa nəzərən oktyabrın 1-də baş tutacaq matça biletlərin qiymətində artım baş verib.
5 manatlıq biletləri yalnız 4, 5, 6, 23, 24, 25 sektorlardan almaq mümkündür. 2,3, 7, 8, 9, 20, 21, 22, 26 və 27-ci sektorların qiyməti 5 manatdan 10 manata artırılıb. 20 AZN-lik sektorlar 30, 30 AZN-lik bəzi sektorlar isə 40 manat olub. Bundan əlavə, 50, 75 manatlıq biletlər də var.
VIP sektorda biletlərin qiyməti isə 150, 200, 250, 500 AZN civarənda dəyişir.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” - “Kopenhagen” (Danimarka) oyununun biletləri 25 sentyabr, saat 15:00-dan etibarən satışa çıxarılıb.



