Offsideplus.az "Misli" ilə əməkdaşlığı çərçivəsində rubrika keçirir.
"Ekspert rəyi" adlanan layihədə günün oyunu olan "Benfika" - "Qarabağ" matçına "Misli" ilə əməkdaşlıq edən mütəxəssislərin təxminlərini təqdim edirik:
1. Ekspert - Nurlan Valehoğlu
Oyun: "Benfika" - "Qarabağ"
Təxmin - Alt/Üst 2.5 - Üst 2.5 - Əmsal, 1,46
Tarixində ikinci dəfə UEFA Çempionlar Liqasında çıxış edəcək təmsilçimiz “Qarabağ” ilk oyununda, səfərdə “Benfika” ilə qarşılaşcaq. Da Luj stadionunda oynanılacaq matçda Portuqaliya klubu aşkar favorit kimi göstərilir. Bu mövsüm rəsmi oyunlarda uduzmayan lissabonlular ilk dəqiqələrdən güclü pressinq oyunu nümayiş etdirəcəklər. Adətən belə qarşılaşmalarda ilk 15 dəqiqədə baş verən hadisələr gedişatı müəyyənləşdirir. Fikrimcə, görüşdə minimum 3 qol izləyəcəyik.
2. Eskpert - Tural Dadaşov
Oyun: "Benfika" - "Qarabağ"
Təxmin - Alt/Üst 2.5 - Alt 2.5 - Əmsal 1,46
UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk turunda "Qarabağ" Portuqaliyada "Benfika"nın qonağıdır. Azərbaycan təmsilçisi İrlandiyanın "Şelburn", Şimali Makedoniyanın "Şkendiya" və Macarıstanın "Ferentsvaroş" klublarını sıradan çıxararaq Liqa mərhələsinə yüksəlib. "Benfika" isə "Nitsa" və "Fənərbağça"nı keçərək bu mərhələyə vəsiqə qazanıb. "Qarabağ" Misli Premyer Liqasında 3 oyunda 4 xal toplayıb və bir neçə gün öncə "Zirə" ilə 1-1 hesablı heç-heçəyə razılaşıb. Portuqaliya çempionatında 4 turdan sonra 10 xalı olan "Benfika" bir neçə gün öncə evdə "Santa Klara" ilə 1-1 hesablı heç-heçə edərək ilk dəfə xal itkisi ilə üzləşib. Bu qarşılaşmanın məhsuldar alınacağını düşünürəm və 2.5 üst nəticəyə oynayıram.
3. Eskpert - Fərid Ramazanov
Oyun: "Benfika" - "Qarabağ"
Təxmin - Hər iki komanda qol vuracaq - Bəli - Əmsal 2.10
UEFA Çempionlar Liqasında liqa mərhələsində iştirak edən Azərbaycan təmsilçisi "Qarabağ" ilk turda Lissabona səfər edəcək və "Estadio da Luz" stadionunda "Benfika"nın qonağı olacaq. Həftəsonu Portuqaliya çempionatında öz meydanında "Santa Klara" ilə 1-2 hesablı heç-heçə edən "Benfika" 4 turdan sonra 10 xalla turnir cədvəlində hazırda 4-cüdür. Həftəsonu Misli Premyer Liqasında öz meydanında "Zirə" ilə 1-1 bərabərə qalan "Qarabağ" isə keçirdiyi 3 oyundan sonra topladığı 4 xalla turnir cədvəlində hazırda 7-cidir. Bu görüşdə Lissabon səfərində "Qarabağ"ın qol vurmasını gözləyirəm və hər 2 komandanın qol vurmasını proqnozlaşdırıram.
Daha çox oyun haqda məlumat əldə etmək üçün bura daxil ola bilərsiniz..



