"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov tarixi zəfəri dəyərləndirib.

Offsideplus.az xəbər verir ki, təcrübəli mütəxəssis "Ferentsvaroş"u 3:1 hesabı ilə məğlub etdikləri oyundan sonra bunları deyib:

"Çox gərgin oyun olmağına baxmayaraq, bu qədər azarkeş önündə sona qədər dözdülər, qalib gəlmək üçün ən yaxşısını etməyə çalışdılar”.

O, 2-ci hissədə riskə getdiklərini də bildirib:

"Qoldan sonra 10-15 dəqiqə üzərimizdə təzyiq çoxaldı. Amma getdikcə özümüzü ələ almağı bacardıq. İkinci hissədə daha da riskə getdik. Çünki məğlub olurduq".

Qeyd edək ki, tərəflər arasındakı cavab matçı 1 həftə sonra Bakıda oynanılacaq.