UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi üzrə cavab oyununda "Şkendiya" səfərdə "Qarabağ"a 1:5 hesabı ilə uduzub.
Offsideplus.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında Şimali Makedoniya təmsilçisinin məşqçisi Ceton Bekciri qarşılaşma bağlı fikirlərini bölüşüb:
"İlk olaraq, “Qarabağ" azarkeşlərini təbrik edirəm. Onlar qələbəyə layiq idi. Rəqib bizdən daha yaxşı oynadı. Bu mənim ilk təəssürratlarımdır. Sabah bu oyunu analiz edəcəyik və Avropa Liqasına hazırlaşmağa başlayacağıq. Fiziki problemlər də vardı və intensivlik yox idi. Təbii ki, taktiki cəhətdən çatışmazlıqlarımız var. Çempionlar Liqası Konfrans Liqası və ya Avropa Liqası deyil. Burada sürət daha çoxdur və “Qarabağ” bu baxımdan daha təcrübəlidir. 5:1 hesabını gözləmirdik. İstəyirdik ki, daha yaxşı oynayaq. Bugünkü oyundan nəticə çıxarmağa çalışacağıq. Bu, bizə təcrübə olmalıdır. "Qarabağ"a uğurlar arzu edirəm".
Mütəxəssis komandasının növbəti hədəflərindən bəhs edib:
"Artıq bir hədəfimizə çatmışıq. Konfrans Liqasının liqa mərhələsini təmin etmişik. Qarşıda 2 pley-off oyunumuz da var. Eyni zamanda çempionatımız da başlayıb. Çalışacağıq ki, ən yaxşısını edək".



