UEFA "Barselona" klubuna sanksiyalar tətbiq edəcək.

Offsideplus.az xəbər verir ki, buna səbəb Kataloniya təmsilçisinin ardıcıl ikinci il maliyyə fey-pley qaydalarını pozmasıdır. Avropa ali futbol qurumunun sanksiyalarına əsasən, "Barselona"nın Çempionlar Liqası heyətinə müdaxilələr ediləcək və xalları silinəcək. 

Qeyd edək ki, UEFA "Aston Villa" və "Çelsi" klublarını bu qaydaları ilk dəfə pozduqları üçün pul ilə cərimələyib.