"İnter"in hücumçusu Mehdi Tareminin gələcəyi sual altındadır.

Offsideplus.az xəbər verir ki, iranlı futbolçu mövsümün qalan matçlarında yaxşı çıxış etsə, "neradzuri"də qalacaq. Onun klubda qalmaq üçün yolu budur.

Bu barədə "Sky Sport" məlumat yayıb.

Taremi ötən ilin yayında azad agent kimi "İnter"ə qoşulub. O, cari mövsüm 41 oyunda 3 qol vurub və 8 məhsuldar ötürmə edib.

Əlavə edək ki, İtaliya klubu mayın 31-də Çempionlar Liqasının finalında PSJ ilə qarşılaşacaq.