UEFA Avropa klub futbolu turnirləri üçün hakim təyinatlarını açıqlayıb.

Offsideplus.az xəbər verir ki, mayın 31-də baş tutacaq Çempionlar Liqasının finalı üzrə PSJ - “İnter” oyununa İştvan Kovaç (Rumıniya) hakimlik edəcək. Kovaç AÇ-2024-də Çexiya - Türkiyə matçında 16 sarı vərəqə, 2 qırmızı vərəqə göstərməsi ilə yadda qalmışdı.

Avropa Liqası finalı Feliks Zvayerə (Danimarka), Konfrans Liqasının həlledici matçı isə İrfan Peljtoya (Bosniya və Herseqovina) tapşırılıb. 

Qeyd edək ki, AL finalı 21 mayda “Tottenhem” və “Mançester Yunayted”, KL finalı isə 28 may tarixində “Çelsi” və “Real Betis” komandaları arasında keçiriləcək.