Bu gün UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.

Offsideplus.az xəbər verir ki, tədbirdə Azərbaycan təmsilçisi "Sabah"ın da növbəti raunddakı ehtimal olunan rəqibi müəyyənləşib

"Sabah" 2-ci təsnifat mərhələsində Finlandiyanın "KuPS" klubunu mübarizədən kənarlaşdırsa, növbəti mərhələdə "Orxus" (Danimarka) - "Lex" (Polşa) cütünün qalibi ilə qarşılaşacaq.

"Bayquşlar" Çempionlar Liqasında uğursuz olsa, mübarizəni Avropa Liqasında davam etdirəcək. Onların bu turnirin 3-cü mərhələsindəki rəqibi isə "Levski" (Bolqarıstan) - "Krayova" (Rumıniya) cütünün məğlubu olacaq.