Çempionlar Liqasında "Yuventus"a ümumi hesabla 7:5 qalib gələn "Qalatasaray" adını son 16 mərhələsinə yazdırıb.
Offsideplus.az xəbər verir ki, görüşdən sonra "sarı-qırmızılar"ın baş məşqçisi Okan Buruk matçı dəyərləndirib:
O, turu keçdikləri üçün xoşbəxt olduğunu desə də, nümayiş olunan oyundan razı qalmadığını bildirib:
"Əslində oyun çətin deyildi, biz çətinləşdirdik. Artıq ən yaxşı 16 komanda arasındayıq. Bir türk komandası son 16-dadır. Bunun dəyərini bilmək lazımdır. Buna görə şükür edirəm. Mərhələni keçdik, amma rəqib meydanda 10 nəfər qaldıqdan sonra oyunu çox rahat bitirməli idik. Sanki rəqib bizdən bir nəfər çox oynayırmış kimi bir vəziyyət yarandı. Çox sayda səhv etdik. İki qol buraxdıq. Bu, baş məşqçini meydan kənarında çarəsiz qoyur. Dəyişikliklər etmisiniz, yeni oyunçular daxil etmisiniz...
Sarı vərəqəsi olan oyunçularımızı meydanda say üstünlüyünü qorumaq üçün çıxardıq, amma bu, komandaya müsbət təsir etmədi. Yaxşı mövqe tuta bilmədik. Rəqib hücumçuları oyuna qoşuldu, bütün cinah oyunçuları çox yaxşı çıxış etdi. Oyunu dəyişən də bu oldu. Daha yaxşısını etmək üçün əlimizdə şans var. Daha çox çalışacağıq.
Həm özümü, həm də oyunçuların özlərini qiymətləndirməsi baxımından dərs xarakterli bir oyun oldu. Mərhələni keçdik, amma çox böyük dərs aldıq".



