"Yuventus" sabah gecə Çempionlar Liqasının keçid pley-off mərhələsində "Qalatasaray"la cavab oyununa çıxacaq.
Offsideplus.az xəbər verir ki, "qoca sinyora"nın heyətində ciddi itkilər var.
Bremer və Kenan Yıldız bugünkü məşqdə komandadan ayrı çalışıblar.
Braziliyalının sabahkı oyunda meydanda olmaq ehtimal aşağıdır. K. Yıldız isə komandasına kömək edə bilər.
İlk görüşdə iştirak etməyən Conatan Devid sabah meydanda ola biləcək.
Qeyd edək ki, ilk qarşılaşmada "Qalatasaray" rəqibini 5:2 hesabı ilə məğlub edib.



