“Barselona” klubu UEFA-ya müraciət edib.
Offsideplus.az xəbər verir ki, onlar Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununu 18 mart, çərşənbə günü keçirilməsi üçün UEFA-ya rəsmi müraciət göndərib.
Bu dəyişiklik “Barselona”nın “Sevilya” ilə La Liqa matçını 15 mart, bazar günü oynaya bilməsi məqsədi daşıyır. Həmin tarix İspaniyada seçki günü ilə üst-üstə düşür.
Klub rəhbərliyi həm liqa, həm də Çempionlar Liqası oyun cədvəlinin optimal şəkildə planlaşdırılması üçün bu addımı atıb.



