UEFA “Benfika”nın futbolçusu Canluka Prestyanni barədə müvəqqəti diskvalifikasiya qərarı verib.
Offsideplus.az xəbər verir ki, buna səbəb UEFA Çempionlar Liqasında “Real Madrid”lə ilk oyunda Vinisius Juniora qarşı irqçi ifadə işlətməsi iddiasıdır.
Araşdırma davam edir və Prestyanni cavab matçında komandasına kömək edə bilməyəcək.
Araşdırma nəticəsində futbolçunun günahı təsdiqlənərsə, ona qarşı daha ağır sanksiyalar tətbiq edilə bilər.
“Benfika”nın baş məşqçisi Joze Mourinyo da cavab görüşündə texniki zonada olmayacaq. O, ilk oyunda aldığı cəza səbəbindən UEFA tərəfindən diskvalifikasiya edilib.
“Real Madrid”in də Mourinyonu Santyaqo Bernabeu stadionuna buraxmayacağı iddia olunur. Lakin bu xəbər rəsmi şəkildə təsdiqlənməyib və şayiə kimi qiymətləndirilir.



