“Bəlkə də belə hallarla ən az rastalaşan komanda bizik”.
Offsideplus.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Nyukasl"la (İngiltərə) cavab matçından öncə Bakıdakı mətbuat konfransında deyib.
Mütəxəssisin sözlərinə görə, "Qarabağ"ın futbolçusu Sami Mmae idman intizamını pozduğu üçün əvəzedici heyətə göndərilib:
“Bu adımı atmağımızın səbəbi kodeksdəki bəndlə bağlıdır. Bəzi şeyləri çox da açıqlamağa ehtiyac yoxdu. Bəzən bu addımlara biz də əl atırıq. Təbbi ki, qaydalar çərçivəsində bunu etmək lazımdır”.
Qurbanov “Nyukasl”la matçda müdafiəçi Toral Bayramovun penalti epizodunda gülməsinə də münasibət bildirib:
“Bəlkə də həmin epizoda kimi hansısa vəziyyət yaranmışdı. Bəli, fikirlərimi bildirdim. Çox da xırdalıqlara getməyə ehtiyac yoxdur. Kimə necə irad bildirmək lazımdırsa, ən yaxşı şəkildə bildirdik”.
Qeyd edək ki, "Nyukasl" - "Qarabağ" oyunu fevralın 24-dən 25-nə keçən gecə, saat 00:00-da İngiltərədə baş tutacaq. Bakıdakı ilk qarşılaşmada qonaqlar 6:1 hesabı ilə üstün olub.


