FIFA üzvləri futbolçuların meydanda rəqiblərini təhqir edərkən ağızlarını qəsdən örtməsi ilə bağlı yeni qaydanın müzakirə ediləcəyini təsdiqləyib.

Offsideplus.az xəbər verir ki, təklif edilən “Prestianni Qanunu”na əsasən, oyunçular təhqir edərkən ağızlarını örtərək sözlərini gizlətməyə çalışdıqları halda sanksiyalarla üzləşə bilərlər.

Bu qaydanın məqsədi meydanda etik davranışı gücləndirmək və təhqiramiz ifadələrin qarşısını almaqdır.