Azərbaycanın UEFA Çempionlar Liqasındakı təmsilçisi “Qarabağ” bu gün pley-off mərhələsində "Nyukasl"la ilk matçına çıxıb. Matç qonaqların 6:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Offsideplus.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb. 

O, Bəhlul Mustafazadənin zədəsi barədə suala bu cür cavab verib:

"Bəhlulla bağlı vəziyyət sabah dəqiq bilinəcək. Əzəli dartılması kimi görünsə də, sabah aparılacaq müayinələrdən sonra klub tərəfindən məlumat veriləcək."