Portuqaliya hökuməti “Benfika” futbolçusu Gianluka Prestiani ilə “Real Madrid”in ulduzu Vinísius Junior arasında baş verən insidentlə bağlı araşdırmalara qoşulmaq qərarı verib.

Offsideplus.az xəbər verir ki, hökumət səviyyəsində başlanılan araşdırma hadisənin mümkün hüquqi pozuntularla bağlı tərəflərini müəyyənləşdirməyi hədəfləyir. FİFA-nın paralel şəkildə apardığı istintaqla yanaşı, yerli qanunvericiliyin pozulub-pozulmadığı da yoxlanılacaq.

Əgər Prestianinin günahı sübuta yetirilərsə, futbolçu ciddi sanksiyalarla üzləşə, həmçinin “Benfika” klubu da böyük maliyyə cəriməsi ala bilər.